Binəqədi Rayon Məhkəməsində ictimai fəal Ülviyyə Muradova (Alovlu) ilə bağlı davam edən məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə onun barəsində bəraətverici hökm çıxarıb.
Qeyd: Xalq artisti Flora Kərimova Ülviyyə Muradova barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq Muradovanın barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.
Tərəflər arasında qalmaqala səbəb Ülviyyə Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.
www.102info.az