Beyləqanda avtoxuliqanlıq edən şəxs inzibati qaydada həbs edilib

Kriminal


Beyləqanda avtoxuliqanlıq edən şəxs inzibati qaydada həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ictimai qaydanı nümayişkaranə şəkildə pozaraq avtoxuliqanlıq edən rayon sakini Ülvi İsgəndərli saxlanılıb.

Onun idarəsində olan VAZ-21074 markalı avtomobil müvəqqəti duracağa yerləşdirilib. Adıçəkilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

O, qərara əsasən, inzibati qaydada 15 sutka həbs edilib və nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir