Kürdəmir sakinindən külli miqdarda narkotik götürülüb.
“Lent.az” xəbər verir ki, Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı 41 yaşlı Qarasu kənd sakini Teyubov Nahid Ağacan oğlu kənd ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı çəkisi – 0,31 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Həmin gecə saat 3 radələrində onun yaşadığı evin həyətyanı sahəsində yerləşən tövləyə keçirilən baxış zamanı, tövlənin içərisindən ayrı-ayrı qablaşdırmalarda ümumi çəkisi – 360,32 qram olan marixuana aşkar edilərək müsadirə olunub.
Faktla bağlı cinayət işi başlanıb və Nahid Teyubov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə Kürdəmir rayon polis şöbəsinin İstintaq bölməsində ibtidai istintaq aparılır.
www.102info.az