Naxçıvan sakini intihara cəhd edib

Kriminal


Naxçıvan şəhərinin sakini özünə qəsd edib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə ötən gün şəhərin Xətai məhəlləsində qeydə alınıb.

Naxçıvan şəhər sakini, 1979-cu il təvəllüdlü Fərid Abbas oğlu Zeynalov hər iki biləyini doğrayıb. Təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilən F.Zeynalovun biləklərinə tikiş qoyulub, vəziyyəti sabit qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az