Bakı Kommersiya Məhkəməsində “Kriogen-N” MMC-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibbi Xidmətinin Tibb Mərkəzinə qarşı iddiası üzrə məhkəmə başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kənan Hüseynov sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası iyunun 24-nə təyin edilib.
Qeyd edək ki, “Kriogen-N” MMC FHN-in Tibbi Xidmətinin Tibb Mərkəzini alqı-satqı müqaviləsinin şərtlərini pozduğu üçün məhkəməyə verərək sair işlər və digər məsələlər barədə tələb irəli sürüb.
www.102info.az