Göyçayda 34 yaşlı kişi qətlə yetirilib, qonşusu tutulub

Kriminal


İyulun 5-də saat 12 radələrində Göyçay rayonunda 1989-cu il təvəllüdlü Kərimov Şahmar Rəşid oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Əliyev Abbas Yasin oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, onlar qonşu olublar. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. 

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love