Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daha iki rayon şöbəsində əməliyyat keçirilib.
Oxu.Az xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən Cəlilabad və Laçın rayon şöbələrində əməliyyat tədbiri keçirib.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən fakt təsdiq edilib. Bildirilib ki, ətraflı məlumat veriləcək.
16:00
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsində əməliyyat keçirib.
Oxu.Az-ın məlumatına görə, əməliyyat zamanı şöbə rəisi Rahim Ağayev saxlanılıb.
Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiq ediblər.
Bildirilib ki, əməliyyat barədə ətraflı məlumat veriləcək.
www.102info.az