Zaqatalada bir ay əvvəl intihara cəhd edən şəxs özünü öldürdü

Kriminal


Zaqatalada intihar hadisəsi baş verib.

APA-nın xəbərinə görə, rayon sakini, 1973-cü il təvəllüdlü Musa Xəlil oğlu Xəlilov Zaqatala şəhərində yaşadığı evin həyətində özünü asıb.

Məlumata görə, 50 yaşlı Musa Xəlilov iyunun 12-də rayonun Car kəndi ərazisindəki məscidin həyətində də özünə xəsarət yetirib. O, kəsici alətlə boyun nahiyəsinə xəsarət yetirib, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

M.Xəlilovun əsəb xəstəliyindən əziyyət çəkdiyi açıqlanıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir