Hindarx qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, iyul ayının 6-da saat 20 radələrində Ağdam-Ağcabədi yolunun Hindarx qəsəbəsi hissəsindən keçən hissəsində Şuşa rayon sakini, 2001-ci il təvəllüdlü Şamil Qasımov idarə etdiyi VAZ-2107 markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanan iki avtomobillə toqquşub, daha sonra yolun kənarında olan piyada 1955-ci il təvəllüdlü Mahir Məmmədovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az