Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən M. Əzimovun əməli Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsinə tövsif olunub, dörd il müddətinə azadlıqdan məhrum edilib.
Prokuror ona yeddi il həbs cəzası istəmişdi.
Qeyd edək ki, bir ay əvvəl M. Əzimovun 14 yaşlı oğlu Məhəmməd dənizdə boğulmuşdu. O, oğlunun dəfnində iştirak etmək üçün üç günlük azadlığa buraxılmışdı.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü.
www.102info.az