Paytaxtda yarımtikilidə meyit tapılıb

Kriminal


Bakıda 34 yaşlı şəxsin yarımtikilidə meyiti tapılıb.

APA xəbər verir ki, Binəqədi rayonu ərazisində yerləşən üçmərtəbəli yarımtikilidə 1989-cu il təvəllüdlü Fariz Orucovun asılmış meyiti aşkar edilib.

Onun intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az