Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin dəmir yolu vağzalı adlanan ərazisində qeydə alınıb.
Samux sakini, 1985-ci il təvəllüdlü Məqsəd Hüseynov qarnının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib.
Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
www.102info.az