Bərdədə 56 yaşlı kişi qətlə yetirilib

Kriminal


Bərdədə 56 yaşlı kişi qətlə yetirilib.

Bu barədə Bərdə Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 11-i Bərdə rayonunun Qarağacı kənd sakini 1967-ci il təvəllüdlü Sahib Bayramovun almış olduğu xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış istintaqla 2006-cı il təvəllüdlü Zöhrab Əsgərovun iyulun 9-da aralarında yaranmış mübahisə zamanı Sahib Bayramova bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun iki gün sonra müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Bərdə Rayon Prokurorluğunda cinayət işinin istintaqı aparılır.

Zöhrab Əsgərov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq, barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq tədbirləri davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir