Göygöldə itkin düşən şəxsin meyiti göldə tapılıb

Kriminal


Göygöldə itkin düşən şəxsin meyiti göldə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Qeyd edilib ki, iyul ayının 17-də Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Çayqovuşan kənd sakini, 1978-ci il təvəllüdlü İmaməddin Hümbətovun Göygöl rayonu ərazisində itkin düşməsi barədə məlumat daxil olub. Kəlbəcər və Göygöl Rayon Polis Şöbələrinin əməkdaşlarının birgə keçirdikləri axtarış tədbirləri nəticəsində İ.Hümbətovun cəsədi Göygöl rayonu ərazisindəki göllərin birində aşkarlanıb. Hadisə yerinə prokurorluğun əməkdaşları cəlb olunublar. İlkin ehtimala görə, İ.Hümbətov intihar edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir