İrandan qaçaqmalçılıq yolu ilə göndərilən 46 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb – FOTO

Kriminal


Astara rayonunda İrandan qaçaqmalçılıq yolu ilə göndərilən 46 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Sım kəndi ərazisində həyata keçirdikləri uğurlu əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Lənkəran şəhər sakini Elxan Həsənov saxlanılıb. Onun idarə etdiyi avtomobilin yük yerinə baxış zamanı 46 kiloqram, o cümlədən 20 kiloqram tiryək, 20 kiloqram marixuana, beş kiloqram heroin, bir kiloqram metamfetamin, 2 000 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Araşdırma zamanı E.Həsənovun narkotik vasitələrin qanunsuz dövriyyəsini şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə təşkil etdiyi müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, E.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir