Bakı şəhər Nəsimi rayonunda yerləşən çay evlərinin birində bıçaqlanma olub.
“Qafqazinfo” xəbər verir ki, Nurməmməd Subhi oğlu Ağayev saat 01:15-də Cavadxan küçəsi, 17-də yerləşən kafelərin birində Elnur Süleymanovu bıçaqlayıb. Qarın nahiyəsindən xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi RPİ-də cinayət işi başlanılıb. N.Ağayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
www.102info.az