Bakıda mağazada qadına qarşı quldurluq edən şəxs saxlanılıb

Kriminal


Bakıda mağazada qadına qarşı quldurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 20-də saat 12 radələrində A.M.Şərifzadə küçəsində yerləşən mağazalardan birində satıcını kəsici alətlə hədələyərək quldurluq yolu ilə oradan geyim əşyasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Aydın Abbasov saxlanılıb.

Araşdırmalarla onun iyulun 18-də soyğunçuluq yolu ilə bir qadının içərisində pulu və mobil telefonu olan pulqabısını talaması da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir