Qubada kollec tələbəsi intihar edib.
“Report” xəbər verir ki, hadisə rayonun Muçu kəndində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Adgözəl Camərdov yaşadıqları evin həyətində dülgər sexi kimi istifadə olunan tikilinin tavanından özün kəndirlə asaraq intihar edib. Onu asılı vəziyyətdə anası tapıb.
A.Camərdov Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin III kurs tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az