Bakıda avtomobildən altı min manata yaxın dəyərdə xarici valyuta oğurlayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “Mercedes-Benz” markalı bir avtomobilin salonunda olan çantadan 3 100 dollar, 1 500 lirə və 400 lari oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Mahir Ağayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az