Bakıda gecə klublarının birində insident baş verib.
“Qafqazinfo” xəbər verir ki, Abşeron rayon sakini, 31 yaşlı G.Əhmədova gecə saat 4 radələrində polisə zəng edərək tanışının onu və daha bir neçə nəfəri ölümlə hədələdiyini bildirib.
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən klubdan zəng edən şəxsin sözlərinə görə, orada olan Sadiq adlı şəxs bıçaq götürərək onu və klubda olan digər şəxsləri öldürəcəyini deyib.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. 1987-ci il təvəllüdlü Sadiq Süleymanov saxlanılıb.
Faktla bağlı Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsində araşdırma aparılır.
www.102info.az