Baş prokuror: “Əvvəlki illərdən bağlı qalmış dörd xüsusilə ağır cinayətin üstü açılıb”

Kriminal


Əvvəlki illərdən bağlı qalmış dörd xüsusilə ağır cinayətin üstünün açılması təmin edilib.

“Report” xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında deyib.

O qeyd edib ki, bu ilin birinci yarımilində prokurorluq, daxili işlər, dövlət təhlükəsizliyi və penitensiar xidmət orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış dörd qəsdən adamöldürmə cinayətinin üstünün açılması, habelə, qeyri-aşkar şəraitdə törədilmiş 20 qəsdən adamöldürmə cinayətinin isti izlərlə açılması təmin edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir