Gəncədə oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar – FOTO/VİDEO

Kriminal


Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Tədbirlər nəticəsində cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus evlərə qeyri-qanuni yolla daxil olaraq oradan ümumilikdə 30 000 manatdan çox məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Arif Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.

Şəxs ətrafında istintaq tədbirləri davam etdirilir.

Bundan əlavə, vətəndaşın etibarından sui-istifadə edərək onun bank kartındakı pulu ələ keçirən şəxs saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Kənan Vəliyev onlayn yolla vətəndaşın kartından 902 manat pulu başqa karta köçürərək mənimsəyib.

Bununla yanaşı, şəhər ərazisində 15-ə yaxın velosipedi oğurlamaqda şübhəli bilinən Elgün İsmayılov saxlanılıb. Dindirilmə zamanı E.İsmayılov törətdiyi cinayət hadisəsini etiraf edərək oğurladığı velosipedləri satdığını bildirib.

Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir