Tovuzda vətəndaşa məxsus evi yandırmaqda və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar – FOTO

Kriminal


Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci ildə rayonun Bozalqanlı kənd sakininə məxsus fərdi yaşayış evini qəsdən yandırmaqda şübhəli bilinən Eldar Şəmşəddinov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Şəxs ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon ərazisindəki bir neçə fermadan müxtəlif dəmir konstruksiyaları oğurlamaqda şübhəli bilinən, rayonun Qovlar şəhər sakinləri, Siruz Ələsgərov, Elçin Atakişiyev və Əzəmət Hacıyev də saxlanılıblar. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, oğurladıqları metalları satdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir