14 il əvvəl Çelyabinsk sakinini qaçırmaqda təqsirləndirilən şəxs həbs edilib – VİDEO

Kriminal


Rusiya Federasiyası Çelyabinsk Mərkəzi Rayon Məhkəməsi bir qadını qətlə yetirməkdə, o cümlədən digər qadını oğurlamaqda və 14 il dustaq saxlamaqda təqsirləndirilən yerli sakin barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

“Məhkəmə müstəntiqin vəsatətinə baxaraq, onun təmin edilməsi, 2023-cü il sentyabrın 30-dək iki ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib”, – deyə hakim bildirib.

Əvvəllər Rusiya Federasiyasının İstintaq Komitəsi həmin şəxsi adam oğurluğu, qətl və zorlamada ittiham edib, müstəntiq həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət göndərib. Yerli sakinə qarşı iki cinayət üzrə iş (adam oğurluğu və adam öldürmə işi) açılıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir