Masallı sakinindən 7 kiloqram narkotik vasitə aşkarlanıb
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən xəbərə görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Bədəlan kənd sakini Elməddin Hüseynov saxlanılıb.
Onun sərnişin kimi əyləşdiyi VAZ markalı avtomobilə keçirilən baxış zamanı E.Hüseynova məxsus ayrı-ayrı bükümlərdə qablaşdırılan ümumilikdə 7 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.
İlkin araşdırma zamanı onun aşkarlanan narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı Səccad adlı şəxsdən əldə etdiyi müəyyən olunub. Məhkəmənin qərarı ilə E.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
www.102info.az