Bakıda şirkətin 525 min manatı mənimsənilib – MƏHKƏMƏ

Kriminal


Bakıda şirkətin pulunu mənimsəməkdə təqsirləndirilən Orxan Məmmədov, Zaur Babayev, Cəbrayıl Cəbrayılov, Fuad Xəlilzadə və Murad Rəsulovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Eldar Həmzə ittiham aktını elan edib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər “İnteqral” QSC-nin ümumilikdə 525 min manatını mənimsəyiblər. Bildirilib ki, həmin şəxslər sözügedən şirkətdə müxtəlif vəzifələrdə çalışıblar.

Daha sonra söz təqsirləndirilən şəxslərə verilib. O.Məmmədov, Z.Babayev, C.Cəbrayılov və M.Rəsulov elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Yalnız F.Xəlilzadə özünü qismən təqsirli bilib.

Məhkəmənin növbəti iclası avqustun 14-nə təyin edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir