Məhkəmə Qubad İbadoğlu barəsində qərar verdi

Kriminal


Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda məhkəmə şikayəti əsassız hesab edib. Təqsirləndirilən şəxsin həbsinin davamına qərar verilib.

Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir