Bacısını qətlə yetirən qardaş xəstəxanaya göndərildi

Kriminal


Lənkəran Ağır Cinayətlər Məhkəməsində Ağcabədidə qətl törətməkdə təqsirləndirilən Bayram Xudaverdiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Xudaverdiyevin ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edilib. O, cinayət məsuliyyətindən azad olunub.

Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. Qərarın icrası Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin yayında Ağcabədinin Aran kəndində qeydə alınıb. Həmin kənddə müvəqqəti məskunlaşan Laçın rayonundan olan 30 yaşlı Lamiyə Abdullayevanı qardaşı, 26 yaşlı Bayram Xudaverdiyev öldürüb. Hadisənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı baş verdiyi bildirilir. 

Onu da əlavə edək ki, qardaşı tərəfindən qətlə yetirilən qadın ailəli olub. Onun iki azyaşlı övladı var.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir