“Sədərək” firması reklam haqqında qanunvericiliyin pozulmasında ittiham edilir.
Demokrat.az xəbər verir ki, firmaya İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə inzibati qaydada protokol yazılıb.
İş araşdırılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib. Hakim Teymur Qurbanovun icraatına verilib.
Məhkəmə baxışı avqustun 21-nə təyin edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, “Sədərək” firması “Sədərək” Ticarət Mərkəzi ilə eyni şəxslərə məxsusdur.
“Sədərək” Firmasının təsisçisi Yusif Qədimbəylidir. “Sədərək” Ticarət Mərkəzi də Yusif Qədimbəyliyə məxsusdur.
www.102info.az