DGK: “Külli miqdarda brilyant, qızıl və qiymətli əşyalar aşkarlanıb”

Kriminal


Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Dubay-Bakı aviareysi ilə Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn ölkə vətəndaşından qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən kənar keçirdiyi 252 502 manat dəyərində brilyant, qızıl və sair qiymətli əşyalar aşkar olunaraq götürülüb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, fakta görə Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Baş idarə tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri ilə malları gömrük nəzarətindən kənar keçirən şəxsdən əlavə cinayətin törədilməsində iştirak edən 3 nəfər şəxs də müəyyən edilərək saxlanılıb. Saxlanılan şəxslərin hər biri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işinin istintaqı davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir