Qadınlara qarşı cinayətlərin sayı artıb

Kriminal


Bu il 12320 nəfər cinayət törətmiş şəxs müəyyən edilib, 9723 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, cinayət məsuliyyətinə cəlb olunmuşların 60,4 faizi əmək qabiliyyətli yaşda olub heç bir yerdə oxumayan və işləməyənlər, 25,6 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir.

Cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5,1 faiz, 14-17 yaşda olan uşaqların xüsusi çəkisi isə 1,9 faiz təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun ayları ərzində qadınlar tərəfindən və onların iştirakı ilə törədilmiş cinayətlərin sayı müvafiq olaraq 8,4 faiz və 13,7 faiz artıb. 

Həmin dövrdə qadınlara qarşı törədilmiş cinayətlərin sayı 9,0 faiz artıb. 

Əvvəlki ilin müvafiq dövrünə nisbətən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərin sayında 17,8 faiz artım, lakin onların iştirakı ilə törədilmiş cinayətlərin sayında isə 16,4 faiz azalma müşahidə olunub. 

Həmin dövrdə yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş cinayətlərin sayı 0,7 faiz artıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir