Bakıda yolda hərəkətdə olarkən polislərə “yaxşı oğlanları saxlamayın, komandir” deyən şəxs həbs edilib.
“Qayanrinfo”nun məlumatına görə, hadisə 11 avqust 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində baş verib.
1990-cı il Bakı şəhərində anadan olan Hacıəli içkili olduğu üçün “Ford Transit” markalı avtomobilini dostu idarə edib. Özü isə sərnişin qismində hərkətdə olarkən avtomobilin şüşəsini aşağı salıb, əlini bayıra çıxararaq polislərə “yaxşı oğlanları saxlamayın, komandir” deyib. Buna görə polislər onları Sabunçu körpüsünün yaxınlığında saxlayıb, onun kəmərdən istifadə etmədiyini, polisləri təhqir etdiyini deyiblər. Bu hərəkətinə görə həmin şəxs məcburi qaydada avtopatrula əyləşdirilərək, polis bölməsinə aparılıb, nəqliyyat vasitəsini isə şəxsin etibarnaməsi olmadığına görə duracağa aparıblar.
Hacıəli məhkəmədən iki azyaşlı uşağının olduğunu, cavan qardaşının vəfat etdiyini nəzərə almağı məhkəmədən xahiş edib. Cavan qardaşının ölümünə üzülərək içki içdiyini deyib.
Məhkəmənin qərarı ilə Hacıəli İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.
www.102info.az