Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Penitensiar xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə həbs edilmiş Vüqar Ələmdər oğlu Xəlilova dayısı oğlu Fəxrəddin Ələddin oğlu Süleymanovun gətirdiyi sovqatda olan idman şalvarının bel ipinə hopdurularaq gizlədilmiş 0,126 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az