Şabran rayonunda yeniyetmə intihar edib.
“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Zeyvə kəndində baş verib.
Belə ki, rayon sakini, 2008-cı il təvəllüdlü Nəcəf Ariz oğlu Abdullayev yaşadığı fərdi yaşayış evinin həyətində yardımçı tikilidən özünü asaraq intihar edib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
www.102info.az