Lənkəran sakini qardaşını bıçaqlayıb

Kriminal


Lənkəran rayonunda qardaş-qardaşı bıçaqlayıb.

“Report”un cənub bürosunun məlumatına görə hadisə şəhər ərazisində baş verib.

Belə ki, qardaşı tərəfindən bıçaqlanan Lənkəran rayonu Şilavar kənd sakini, 1993-cü il təvəllüdlü Aqil Əlihəsən oğlu Əlizadə ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Dərhal əməliyyat olunub. Aparılan araşdırmaılar nəticəsində hadisənin ailə münaqişəsi zəminində Lənkəran rayon Şilavar kənd sakini, zərərçəkənin qardaşı Amil Əliyev tərəfindən törədildiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir