Bakıda dələduzluq edən direktor məhkəmə qarşısında

Kriminal


Vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən “Zamin Əmlak Agentliyi”nin direktoru Oqtay Zərbalıyev, həmin agentliyin əməkdaşları – Ramin Nağdəliyev, Orxan Əliyev və Natiq Şahmuradovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Səbinə Məmmədzadənin icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, O.Zərbalıyev, O.Əliyev və N.Şahmuradov ümumilikdə 78 nəfərin 1 490 200 manat məbləğində pulunu ələ keçiriblər. Onlar vətəndaşların etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə zərərçəkənlərə xüsusilə külli miqdarda ziyan vurublar. Qrup üzvləri Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Xətai rayonunda fəaliyyət göstərən “Zamin Əmlak Agentliyi”nin direktoru vəzifəsində çalışan O.Zərbalıyev, həmin agentliyin satış menecerləri R.Nağdəliyev, O.Əliyev və N.Şahmuradov ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında agentliyə müraciət edən ümumilikdə 78 nəfərə qarşı dələduzluq ediblər. Qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsi ilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər. O.Zərbalıyev və qrupun digər üzvləri bu müddət ərzində 78 epizod üzrə zərərçəkən şəxslərdən ümumilikdə 1 490 200 manat məbləğində pul alıb ələ keçirərək dələduzluq ediblər.

Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. O.Zərbalıyev və qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir