Bakıda evdən 3700 manat dəyərində qızıl, həmçinin 6500 manat, 15000 dollar oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 6500 manat, 15000 ABŞ dolları pul və 3700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fəridə Miriyeva müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az