İsmayıllıda əri tərəfindən döyülən qadın özünü asdı

Kriminal


İsmayıllı rayonunda intihara cəhd hadisəsi olub.

“Unikal”ın məlumatına görə, hadisə bu gün saat 16 radələrində rayonun Ərəgit kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Gülxar Məmmədəli qızı Məmmədova yaşadığı evdə kəndirlə özünü asıb. Ailə üzvləri hadisədən tez xəbər tutduqları üçün son anda kəndiri onun boğazından çıxarıblar. Koma vəziyyətinə düşən qadın təcili olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Hadisənin ailə münaqişəsi zamanı baş verdiyi bildirilir. Belə ki, Şakir İzətulla oğlu Məmmədov həyat yoldaşı Gülxar Məmmədovanı döyüb, işgəncələrə dözə bilməyən qadın özünü öldürmək istəyib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir