Hacıqabulda 43 yaşlı kişi qətlə yetirilib.
APA-nın məlumatına görə, hadisə “Xilə” məscidinin yaxınlığında baş verib.
Şəhər sakini, 1980-ci il təvəllüdlü Rəhman Əzizağa oğlu Qoçəliyev mübahisə zəminidə qonşusu tərəfindən bıçaqlanıb.
Yaralı vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılan R.Qoçəliyev əməliyyata götürülən zaman keçinib.
Faktla bağlı Hacıqabul Prokuroluğunda araşdırma aparılır.
www.102info.az