Gəncə şəhərində ata istintaq təcridxanasında olan oğluna narkotik keçirməyə cəhd edib.
Oxu.Az-ın məlumatına görə, şəhər sakini Suliddin Abdullayev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında cəza çəkən oğlu Mirzəxan Abdullayevə sovqat gətirib.
Sovqat yoxlanılan zaman qara rəngli kişi alt geyiminin yuxarı hissəsində xüsusi qaydada gizlədilmiş narkotik vasitəyə bənzər maddə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət
www.102info.az