Qayınatasını bıçaqlayan şəxsə cəza verildi

Kriminal


Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Vahid Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Əsədova altı il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

İttihama görə, hadisə 30 may 2021-ci il tarixdə, saat 19 radələrində Sabirabad rayonu, Axısxa kəndində qeydə alınıb. Belə ki, rayon sakini, 1988-ci il təvəllüdlü V.Əsədov sərxoş vəziyyətdə bir müddət əvvəl ondan küsüb atası evinə gedən həyat yoldaşıgilə gəlib. O, qayınatası, zərərçəkmiş Qalib Məmmədova (şərti) arvadını evə aparmaq istədiyini deyib.

Lakin qayınatası qızının onunla getmək istəmədiyini söyləyib. Daha sonra onların arasında mübahisə yaranıb. Bu zaman V.Əsədov üzərində gəzdirdiyi mətbəx bıçağı ilə zərərçəkmiş şəxsə onun ailəsinin gözü qarşısında dörd zərbə endirib.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Hadisədən sonra V.Əsədov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir