Çikaqolu qadın ABŞ-nin keçmiş prezidenti Donald Tramp və oğlu Berronu güllələmək üçün e-poçt təhdidləri göndərməkdə ittiham olunaraq həbs edilib.
Məlumata görə, 41 yaşlı Treysi Mari Fiorentsa may ayında elektron məktub göndərərək, ilk fürsətdə Tramp və oğlunun üzünə atəş açacağı ilə hədələyib.
Mesaj eks-prezidentin Mar-a-Laqo iqamətgahının olduğu Florida ştatının Palm-Biç şəhərindəki təhsil müəssisələrindən birinin rəhbərinə göndərilib. İyun ayında Fiorentsa daha bir oxşar təhdid məktubu göndərib.
Mənbə: TASS
www.102info.az