86 yaşlı nənəsinin evinə basqın edən nəvəyə AĞIR CƏZA

Kriminal


Lənkəran Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rəmzi Bəşirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Bəşirova səkkiz il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Qeyd edək ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə 2021-ci il sentyabrın 8-də Kürdəmir rayonu, Yenikənd kəndində yaşayan 86 yaşlı G.Məmmədovanın evə girən bir nəfərin onu döyərək pul verməsini tələb etməsi, lakin səs-küy yarandığından istədiyinə nail ola bilməyib hadisə yerini tərk etməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini, qadının nəvəsi R.Bəşirov müəyyən edilərək saxlanılıb.

Məhkəmədə R.Bəşirov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, 2021-ci ilin sentyabr ayının əvvəllərində işlədiyi dükana 7 000 manat borcu yaranıb. Həmin borcu ödəmək üçün nənəsi, zərərçəkmiş G.Məmmədovadan pul almaq istəyib. R.Bəşirov deyib ki, nənəsi pensiyasını yığdığına görə onda pul olmasını düşünüb. Bu məqsədlə də, o, 8 sentyabr 2021-ci il tarixdə səhər saatlarında G.Məmmədovanın evinə gedərək ondan pul istəyib. Qadın isə dayısının evdə olduğunu əsas gətirərək, pulu sonra verəcəyini vəd edib.

Həmin vaxt dayısı sərxoş halda evə gəlib və Rəmziyə pul veriləcəyini bilərək anası ilə dalaşmağa başlayıb. O, isə dayısı ilə nənəsini ayırıb. Nəticədə nənəsi xəsarətlər alıb. Sonra Rəmzi çıxıb gedib, bir müddət sonra polis əməkdaşları gəlib onu evindən şöbəyə aparıblar və həbs olunub. Məhkəmədən günahı olmadığı üçün bəraət verilməsini xahiş edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir