Füzulidə 20 ədəd yük avtomobilindən təkər diski, şin və akkumulyatorlar oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd edilib ki, Füzuli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-də Kərimbəyli kəndi ərazisində yerləşən şirkətlərdən birinə məxsus 20 ədəd yük avtomobilindən 72 ədəd təkər diski, şinləri və 33 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Vüsal Bədəlov müəyyən olunaraq saxlanılıb.
www.102info.az