Qubadakı dəhşətli cinayətin TƏFƏRRÜATI: Sevgilisinin sifarişi ilə güllələndi, üstünə beton töküldü – VİDEO

Kriminal


Quba sakini İlqar Fərhadov Daxili İşlər Nazirliyinə müraciət edərək Beyləqanın Türklər kəndində yaşayan və orada təsərrüfat fəaliyyəti ilə məşğul olan qardaşı İldırımın doqquz ay əvvəl naməlum şəraitdə yoxa çıxması ilə bağlı məlumat verib. İldırım Fərhadovun qeyri-rəsmi nikahda yaşadığı Əzizə Sadıqova isə yaxınlarına onun Rusiyaya istirahətə getdiyini deyib. 

İlqar Fərhadovun qardaşı ilə bağlı müraciətindən sonra dərhal hərəkətə keçən polis çox keçmir ki, ilkin nəticə əldə edir. İstintaq qrupu İldırımın həyat yoldaşı Əzizə Sadıqovanın ətrafında əsaslı şübhələr müəyyən edir və o, Bakıda saxlanılıb. 

Məlum olub ki, kişi birgə yaşadığı qadının sifarişi ilə qətlə yetirilib. Cinayəti törədən isə rayonun Dünyamalılar kənd sakini, əvvəllər məhkum olunmuş Şahsüvar Əsədov olub.

Şahsüvar Əsədovun isə ifadəsindən məlum olub ki, o, İldırımı kürəyindən iki dəfə atəş açmaqla qətlə yetirib. Hətta qətli törətdiyi yeri də göstərib. Ş.Əsədov hadisəni törətdikdən və İldırım Fərhadovu həyətə basdırdıqdan sonra izi itirmək üçün üzərinə armatur çərçivə toxuyaraq beton tökür.

Çürüyərək hissələrə bölünən cəsədin bütün qalıqları basdırıldığı yerdən çıxarılaraq ekspertizaya təhvil verilib. Sifarişi yerinə yetirən Şahsüvar Əsədov isə qətli tamah məqsədilə törətdiyini etiraf edib. 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahsuvar Əsədov 19 il, Əzizə Sadıqova isə 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir