Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonunun Şərq qəsəbəsinin ərazisində çətənə bitkiləri aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, yabanı halda bitən ümumilikdə çəkisi 1 ton 450 kiloqram olan 2 250 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.
www.102info.az