Bakının Suraxanı rayonunda kütləvi dava baş verib.
APA xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.
2001-ci il təvəllüdlü Namiq Mürvət oğlu İsmayılov və tanışı Vüsal adlı şəxs Binə qəsəbəsindən Qaraçuxur qəsəbəsindəki gölün kənarına aparılıb. N.İsmayılovun yaxınları bildiriblər ki, onu 7 nəfər döyüb. Yaralı xəstəxanaya gətirilib. Ona qapalı kəllə-beyin travması və kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 3-cü, o cümlədən Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparırlar. N.İsmayılovun yaxınlarından və onun özündən ilkin izahat alınıb.
Hazırda hadisənin dəqiq təfərrüatları araşdırılır.
www.102info.az