İsmayıllıda 54 yaşlı kişiyə ağır xəsarətlər yetirilib

Kriminal


İsmayıllıda 54 yaşlı kişi kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, sentyabrın 9-da saat 7 radələrində 1979-cu il təvəllüdlü Ramil Baldadaş oğlu Cəfərovun İsmayıllı rayonunda qəsəbələrin birində kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

R.Cəfərova xəsarət yetirən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir