Oyundan sonra azarkeşi bıçaqlayan şəxs həbs edildi

Kriminal


Bu ilin 31 yanvar tarixində Futbol üzrə Azərbaycan Premyer-liqasının 20-ci turu çərçivəsində baş tutan “Səbail” – “Kəpəz” oyunundan sonra bıçaqlanma hadisəsi törətmiş şəxsin məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, “Kəpəz” komandasının azarkeşini bıçaqlayan 2003-cü il təvəllüdlü Ömər Musayev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq – silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirli bilinib. İstintaq dövründə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş gəncə 2 il azadlıqdan məhrumetmə cəzası verilib. Səbail Rayon Məhkəməsinin hökmü dərhal icra edilib və Ömər Musayev məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, Ömər Musayev Gəncədən “Kəpəz” klubuna azarkeşlik etmək üçün gələn 1997-ci il təvəllüdlü Rahib Ələsgərovu oyunun başa çatmasından sonra bıçaqlayıb. Belə ki, matçın yekunlaşmasından sonra stadionda rəqib komandaya azarkeşlik edən gənclər arasında münaqişə yaranıb və onlar küçəyə çıxıblar. Bu zaman davaya müdaxilə edən Ömər üzərindəki bıçaqla Mehman adlı şəxsi bıçaqlamaq istəyib. Lakin Rahib qaçaraq təpiklə Ömərin əlindəki bıçağı vurub salmaq istəyib. Nəticədə bıçaq Rahibin qarın-qasıq nahiyəsinə daxil olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir