Məhkəmə “PubG”yə görə gənci bıçaqlayan şəxsə həbs cəzası verdi

Kriminal


Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurma və oğurluqda təqsirləndirilən İlkin Zülfüqarovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2003-cü il təvəllüdlü İlkin Zülfüqarov 25 dekabr 2021-ci il tarixdə, saat 3 radələrində ticarət köşkünə gizlin daxil olaraq, oradan 3 250 manatlıq oğurluq edilib.

Onun digər cinayət əməli isə 20 fevral 2022-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən “Füzuli” parkında qeydə alınıb.

Belə ki, İlkin Zülfüqarov 1999-cu il təvəllüdlü Rəvan Məmmədovu bıçaqlayıb. Qarın boşluğunun və kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilən gənc dərhal əməliyyat edilib və onun həyatını xilas etmək mümkün olub.

Məlumata görə, hadisə “PubG” oyunu üstündə baş verib.  

Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir